İnkişaflar
18. MEMORİAL BEYNƏLXALQ UŞAQ RƏSM YARIŞMASI BAŞLADI!
17.01.2023 17:34:20
**Davamlı Bir Gələcək Üçün : “Xəyalımdakı Təbiət”
Memorial Sağlamlıq Qrupu, 18 ildir Türkiyənin dört bir tərəfindəki hər bir uşağa çatmış “Rəsm Yarışması”nı bu il beynəlxalq ölçüyə daşıdı. Bütün dünya uşaqlarının qatılımına açıq olan Memorial Beynəlxalq Uşaq Rəsm Yarışması’nın mövzusu “Xəyalımdaki Təbiət”...
Uşaqlat təbiət və davamlı bir gələcək üçün rəsm edir
“Xəyalımdaki Təbiət” mövzulu rəsm yarışması, bu il global olaraq insanlığa təsir edən çevrə problemləri mövzusunda maarifləndirmə yaradan və gələcək nəsillərə buraxacağımız dünyanın uşaqların gözündən necə xəyal edildiyinə diqqət çəkən bir organizasiya olaraq fərqlənir.
Yarışma, gələcəyimiz olan uşaqların yaşamağı xəyal etdikləri təbiəti rəsm etmələrini, bu sayədə təbiəti qorumaq və davamlı bir gələcək qurmaq haqqında maarifləndirməni artıraraq, rənglərin və incəsənətin şəfa verici gücü ilə xəyallarını əks etdirmələrini hədəfləyir.
Rəsm uşaqların özünə inamlarını dəstəkləyir
Memorial Şişli Xəstəxanası Uşaq Sağlamlıq və Xəstəlikləri Bölümü’ndən Pedaqogika Mütəxəssisi Dr. Melda Alantar, rəsm çəkməyin uşağın inkişafına xüsusi faydaları olduğunu qeyd edərək bildirdi ki: “Rəsm, xüsusilə kiçik yaşlarda sözlərdən daha güclü bir ifadə etmə yoludur. Uşaqların xarakterik xüsusiyyətlərini, insanlar arası əlaqələrini və dəyər mühakimələrini əks etdirən güçlü bir yoldur. Bu səbəblə, ana, ata və müəllimlərin uşaqlara rəsm çəkmək üçün şərait yaratmaları və ona bu barədə cəsarət vermələri kifayət etsə də, irəliləyən vaxtlarda uşağın rəsm çəkməyə olan meylini sürətləndirəcək bir təlim növü izlənməlidir. Rəsm yarışmasında dərəcəyə girən əsər sahiblərinin mükafatlandırmaları, uşaqların özünə inamlarını dəstəkləməkdə və bacarıqlarından xəbərdar olmalarına yol verməsi nəticəsində uşağın inkişafını dəstəkləməkdədir.
Bütün məktəbəqədər, ibtidai və orta sinif səviyyəsindəki şagirdlərin qatıla biləcəyi yarışmanın son qeydiyyat tarixi 1 Apreldir...
YARIŞMANIN QAYDALARI
- Yarışma 3-5 yaş, 6-9 yaş bə 10-13 yaş üzrə üç kateqoriyada həyata keçiriləcək.
- Rəsmlər, 35cm × 50cm ölçülərdə rəsm kağızına, pastel boya ilə çəkiləcək.
- Rəsmlər mail yolu ilə göndərildiyi zaman yarışmaçının adı soyadı, yaşı, məktəbi, valideyninin adı soyadl və telefon nömrəsi yazılmalıdır. Hər yarışmaçının sadəcə bir dəfə yarışmaya qatılma haqqı var.
- Yarışmaya qatılan rəsmin adı, yarışma nəticələnənə qədər saxlanılmalıdır.
- Yarışmaçılar rəsmlərini 1 Aprel 2023 Şənbə gününə qədər [email protected] mail adresinə e-poçt yolu ilə göndərə bilərlər.
- Qaliblər 17 Aprel Bazar Ertəsi günü www.memorial.com.tr’dən elan olunacaq.
HƏDİYYƏLƏR
- Vester V TAB Z1 Planşet, Bluetooth Qulaqcıq və Belderia Velosiped.
- Vestel Ağıllı Saat və Belderia Velosiped
- Belderia Velosiped
- Vestek Ağıllı Saat və Vluetooth Qulaqcıq
- Vestel Ağıllı Saat
Qeyd: Akademi Uşaq Təlim Dəsti