Şöbə haqqında
RADİOTERAPİYA NƏDİR?
Radiasiya – dalğalar və ya hissəciklər tərəfindən daşınan xüsusi bir enerji növüdür. Bu enerji, xüsusi qurğular və ya radioaktiv maddələr tərəfindən buraxıla bilər. Uzun müddətdir bu enerji tibb sahəsində görüntüləmə məqsədləri üçün istifadə olunur. Ağciyər rentgen plyonkaları bunun nümunəsidir. Bu plyonkalarda istifadə olunan radiasiya miqdarından daha çox enerji ehtiva edən radiasiya xərçəng və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. Radiasiyanı xəstə orqana yönləndirmək üçün xüsusi qurğular lazımdır. Beləliklə, yüksək dozalı radiasiya enerjisinin nəzərdə tutulan məqsədlə istifadəsinə “radioterapiya” və ya “şüa terapiyası” deyilir.
RADİOTERAPİYA NECƏ TƏSİR EDİR?
Yüksək dozada radiasiya hüceyrələri öldürə və ya onların bölünüb çoxalmasının qarşısını ala bilər. Xərçəng hüceyrələri normal hüceyrələrə nisbətən daha çox bölündükdə və çoxaldıqca, radioterapiya normal hüceyrələrə nisbətən xərçəng hüceyrələri üzərində daha təsirli olur. Bundan əlavə, normal hüceyrələrin xərçəng hüceyrələrinə nisbətən bərpası çox daha asan olur. Sözügedən “planlaşdırma” mərhələsində həkimlər xəstə toxumaların radiasiyaya ən çox məruz qalması və normal toxumaların isə ən az məruz qalması üçün lazımi sxemlər verərək müalicəni istiqamətləndirməlidir.
RADİOTERAPİYANIN XEYRİ VƏ MƏQSƏDİ NƏDIR?
Xərçəng xəstəliyi növlərinin əksəriyyətində bədənin, demək olar ki, hər bir hissəsində radioterapiyadan istifadə edilir.
Xərçəng xəstələrinin yarısına yaxınında radioterapiya tətbiq edilir. Xərçəng xəstəliyinin bəzi növlərində radioterapiya yeganə müalicə vasitəsidir. Radioterapiyanın təkcə və ya cərrahiyyə və dərman terapiyası (“kimyaterapiya”) ilə birgə tətbiqi çox sayda xəstədə tam sağalma əldə etməyə imkan verir.
Radioterapiya bəzən əməliyyatdan əvvəl şişlərin minimallaşdırılması məqsədilə tətbiq edilir. Bəzi şişlərdə isə, əməliyyatdan sonra qalmış xərçəng hüceyrələrinin təmizlənməsi məqsədi ilə tətbiq olunur. Cərrahi əməliyyat zamanı radioterapiyanın tətbiq olunduğu üsullar da var. Cərrahi əməliyyat aparılmadan da radioterapiya və kimyaterapiya xərçəng xəstəliyi növlərinə birbaşa tətbiq edilə bilər.
Xəstəliyin tam müalicəsi mümkün olmadığı bəzi hallarda radioterapiya xəstənin şikayətlərini azaltmaq, ağrı, qanaxma kimi hallarını aradan qaldırmaq məqsədləri üçün tətbiq oluna bilər. Bu cür müalicə “palliativ müalicə” adlanır.
RİSK VAR MI?
Müalicə məqsədilə tətbiq olunan bir çox metodda olduğu kimi, radioterapiyada də bəzi risklər var. Xərçəng hüceyrələrini məhv etmək üçün yüksək dozalarda radiasiya normal hüceyrələrə və toxumalara da zərər verə bilər. Bu vəziyyətdə, xəstədə “əlavə təsirlər” adlandırılan narahatlıqlar yarana bilər. Əlavə təsirlərin necə həll edilməsi kitabçanın sonrakı bölmələrində izah edilir. Əlavə təsirlərin riski, adətən, xərçəngli hüceyrələrin öldürülməsinin verəcəyi xeyirdən daha aşağıdır.
Müalicədən gözlənilən xeyirlər potensial risklərdən daha çox olduqda həkiminiz radioterapiya aparılmasını tələb edəcək.
Şöbə həkimləri
Xəstəxanalar
Müqavilə bağlanılmış müəssisələr
Below you can find private insurance companies, supplementary insurances, other institutions and company agreements with which our hospitals have agreements.
Heç bir nəticə yoxdur.
Aşağıdakı əlaqə formasını doldurmaqla xəstəxanamız haqqında məlumat tələb edə bilərsiniz.