Yükleniyor

Pathologie
Aşağıdakı başlıqları tıklayaraq Patoloji sahəsindəki müvafiq məzmuna asanlıqla daxil ola bilərsiniz.

Şöbə haqqında

Patologiya "xəstəlik haqqında elm" deməkdir. Toxumalarda, hüceyrələrdə və orqanlarda meydana gələn struktur və funksional dəyişiklikləri araşdıraraq, əsas xəstəliyin diaqnozunun verilməsini təmin edən bir elm sahəsidir.

Patologiya bir xəstəliklə əlaqəli 4 əsas mövzunu araşdırır və düzgün diaqnoz üçün bütün bu mərhələlər bilinməli və qiymətləndirilməlidir.

 

  • Etiologiya = səbəb : xəstəliyəsəbəb olan faktor
  • Patogenez = yaranma formaı: xəstəlik yaradan faktorların xəstəliyin yaranmasına səbəb olarkən fəaliyyəti
  • Morfologiya = Görünüş: xəsətəlik nəticəsində meydana gələn struktur dəyişiklikləri
  • Klinika : yaranmış struktur dəyişikliyinin xəstədə meydana gətirdiyi funksional dəyişikliklər.

Patologiya, xərçəng və xərçəngdən başqa xəstəliklərə diaqnoz qoyulmasında da müraciət edilən əhəmiyyətli bir elm sahəsidir.

 

  • Patologiya ümumiyyətlə cəmiyyətdə 'xərçəng diaqnozu' ilə bərabər görülür. Patoloji xüsusilə xərçəngdə əhəmiyyətli bir yerə sahibdir və xərçəng diaqnozu üçün "qızıl standart" patologiyadır. Xərçəngin mövcudluğu, növü, təsnifatı, müalicədəki zəruri parametrlər və təqib, müalicə reaksiyası kimi bir çox məlumat patoloji müayinə ilə təyin olunur. Xərçəngin müalicəsində ən vacib addım patoloji diaqnozun dəqiqliyidir.
  • Patologiya, xərçəng xəstəliyinə diaqnoz qoyulması, müalicəsi və xərçəngdən kənar xəstəliklərin diaqnozunun qoyulmasında da böyük əhəmiyyətə sahibdir. Misal üçün; yoluxucu xəstəliklər, revmatoloji xəstəliklər, mədə - bağırsaq sistemi xəstəlikləri (ülseratif kolit, Crohn xəstəliyi, qastrit və s.).

 

Türkiyədə və dünyada referans mərkəzi

Türkiyədə səhiyyə sektorunda qabaqcıl olan Memorial Health Group, dünyanın 192 ölkəsinə beynəlxalq səhiyyə sahəsindəki bir çox ilklərə imza ataraq beynəlxalq səhiyyə xidmətləri göstərən 2020-ci ilin ikinci yarısında bir 'Memorial Patologiya' ilə bu sahədə Türkiyədə və dünyada bir referans mərkəzi olmağı hədəfləyir.

          Xəstə üçün özəl müalicə müəyyən edildiyi Memorial multidisipliner şuralarda xərçəng və xərçəngdən kənar bütün xəstəliklərin, diaqnoz və müalicəsinin yönləndirilməsində əhəmiyyətli rolu olan patologiya; kompleks cərrahiyyələr və onkoloji əməliyyatlar ilə radiolojik olan bütün prosedurların bir dam altında həyata keçirildiyi mərkəzlərdə konsultasiya xidmətləri təmin edilir, klinika və laboratoriya arasında körpü vəzifəsini icra edir.

 

Güclü mütəxəssislərdən ibarət olan personal və qabaqcıl texnologiya

Şöbə qabaqcıl texnologiyanın məhsulu olan sistemlərlə təchiz edilməklə yanaşı öz sahəsində mütəxəssis olan və patologiyada ixtisaslaşmış akademik və mütəxəssis həkim personalı ilə Memorial Sağlık Grubu tərkibində yerləşən 5 şəhərdəki 11 xəstəxana başda olmaqla bütün Türkiyə və dünyaya xidmət göstərməkdədir.

          Memorial Sağlık Grubu tərkibində yerləşən əhatəli genetic laboratoriya ilə həyata keçirilən birgə işi icra edir; xərçəng xəstələrinə yönəlmiş, molekulyar patoloji işlər, hədəfə yönəlmiş müalicə variantlarının müəyyən edilməsi, xərçəng genetikası haqqında da mütəxəssis personalı ilə xidmət göstərməkdədir.

 

Patologiyada həyata keçirilən tədqiqatlar

İnsanın bədənindən çıxarılan istənilən toxuma və hüceyrəni özündə ehtiva edən maerial, patoloji olaraq tədqiq edilə bilər və tədqiq edilməlidir. Əməliyyatdan sonra toxumanın patoloji tədqiqat aparılmadan məhv edilməsi, geri dönüşü olmayan və illər sonra xəstəyə diaqnoz qoyulmasını imkansız vəziyyətə gətirən böyük bir xəta olaraq qəbul edilməkdədir.

 

Patologiyada əsas olaraq;

- HİSTOPATOLOGİYA (toxumaların tədqiq edilməsi),

- SİTOPATOLOGİYA (toxumadan nümunələr götürülmədən, sadəcə hüceyrələrin tədqiq edilməsi),

- MOLEKULYAR PATOLOJİ TƏDQİQETMƏLƏR (hüceyrələrin genetik xüsusiyyətlərinin göstərilməsi ) həyata keçirilir.

Xəstəlik diaqnoz üçün lazım olarsa;

- HİSTOKİMYƏVİ TƏDQİQETMƏLƏR,

- İMMUNOHİSTOKİMYƏVİ TƏDQİQETMƏLƏR,

- FLOWSİTOMETRİYA,

- (İN) DİREKT İMMUNFLORESAN TƏDQİQETMƏLƏR,

- İN SİTU HİBRİDİZASİYA kimi əlavə tədqiqetmələr istifadə edilməkdədir.

Həmçinin əməliyyat zamanı əməliyyatı istiqamətləndirmək üzrə toxumanın dondurularaq təcili diaqnoz ehtiyacının təmin edildiyi ; Dondurulmuş kəsik tədqiqetmə/ intraoperativ diaqnoz / konsultasiya da həyata keçirilməkdədir.

Şöbə həkimləri

Müqavilə bağlanılmış müəssisələr

Below you can find private insurance companies, supplementary insurances, other institutions and company agreements with which our hospitals have agreements.

Heç bir nəticə yoxdur.

    Əlaqə Forması

    Aşağıdakı əlaqə formasını doldurmaqla xəstəxanamız haqqında məlumat tələb edə bilərsiniz.

    * Bu xana doldurulmalıdır.
    Sosial media hesabları
    Canlı dəstək Asan randevu al