Yükleniyor

Süni mayalanma (IVF) və hamiləlik mərkəzi

Süni mayalanma (IVF) və hamiləlik mərkəzi

Asan randevu al

Şöbə haqqında

Ailələrdə uşaqların olmaması səbəblərindən ən başlıcası sonsuzluğun müalicəsi üçün hansı prosedurun tətbiq olunması ilə əlaqədar qəti fikrin olmamasıdır. Ən vacib faktor, cütlüklərin süni mayalandırma prosesinin hər bir təfərrüatını nəzərdən keçirərək, öz ehtiyaclarına uyğun planlaşdırmalarıdır. Hamiləlik göstəricisinin 65% olması ilə bərabər (hansı ki, bu da dünya ortalamasından da yüksəkdir), Memorial Süni Mayalandırma Mərkəzi, sizin uşaq həyata gətirmə arzunuzun həyata keçməsinə yardım göstərməyə hazırdır.

Kontentlər

Süni Mayalandırma və İCSİ metodları eynidir. İCSİ metodu ilə yetkin yumurta qadının həyat yoldaşından alınan spermalı hüceyrə ilə inyeksiya edilir. İCSİ kişi sonsuzluğunu müalicə etmək üçün istifadə olunur.

Memorial Süni Mayalandırma Mərkəzi natamam Süni Mayalandırma halları, yuxarı yaşlarda olan qadınlar, kişilərdə sonsuzluq, implantasiya öncəsi genetik testlər ilə məşqul olur. Memorial Süni Mayalandırma Mərkəzi talassemiya, əzələ xəstəlikləri, embrionlarda hemofiliya kimi xəstəlikləri təyin edə bilir və sağlam körpələrin dünyaya gəlməsinə şərait yaradır. Memorial Süni Mayalandırma mərkəzi, təkcə Türkiyədə deyil, dünya səviyyəsində keyfiyyətli xidmət göstərən bir mərkəzdir.

Memorial Süni Mayalandırma Mərkəzi

Memorial Süni Mayalandırma Mərkəzi Türkiyədə bir çox yeniliklərə imza atıb.

Bizimlə Əlaqə
Telefon : +90 212 444 7 888
Elektron poçt : [email protected]

Memorial Süni Mayalandırma Mərkəzi Türkiyədə bir çox yeniliklərə imza atıb.

  • İntrasitoplazmik Sperma İnyeksiyası (ICSI)
    İCSİ, “mikroinyeksiya” yolu ilə spermanın qadının yumurtasına inyeksiya edilməsidir. Bu metod ilk dəfə Türkiyədə 1994-cü ilin sentyabrında Memorial Xəstəxanasında tətbiq edilmişdir.
    Mikroinyeksiya üsulu ilə ilk körpə 1995-ci ildə iyul ayında dünyaya gəldi.
  • Mikro epipidemal sperma aspiraiyası MESA (MESA)
    MESA, epidedimisdən mikroskop ilə spermanın alınmasıdır. Bu prosedur ilk dəfə 16 yanvar 1996-cı ildə Memorial Xəstəxanasında həyata keçirilib.
    Bu üsulla ilk körpə 22 sentyabr 1995-ci ildə dünyaya gəldi.
  • Testis Sperma Çıxarılması (TESE)
    TESE, spermanın testis yolu ilə açıq testis əməliyyatı ilə həyata keçirilməsidir. Bu prosedur ilk dəfə 17 yanvar 1995-ci ildə Memorial Xəstəxanasında həyata keçirilib. Bu üsulla ilk körpə 1995-ci ilin oktyabrında dünyaya gəlib.
  • Testikulyar Sperma Aspirasiyası  (TESA)
    TESA, şpris istifadə edilərək aspirasiya ilk dəfə 1995-ci ildə Memorial Xəstəxanasında həyata keçirilmişdir. “TESA” üsulu ilə ilk dəfə körpə dünyaya 27 sentyabr 1995-ci ildə gəlmiş.
  • Perkutan Epidimal Sperma Aspirasiyası (PESA)
    PESA üsulu ilə sperma aspirasiyası ilk dəfə Türkəyədə bizim xəstəxana tərəfindən 1995-ci ildə həyata keçirilib.
    İlk “PESA Körpəsi” Türkiyədə bizim xəstəxanada 1995-ci ildə dünyaya gəlib.
    Testikulyar spermatid hüceyrələrin ilk dəfə istifadəsi. Spermatid hüceyrələrinin köməyi ilə 1995-ci ildə ilk dəfə hamiləlik əldə edilmişdir. Hərəkətsiz spermanın istifadəsi ilə ilk dəfə hamiləlik 1995-ci ildə əldə edilmişdir.
  • Embrion Dondurulması
    Yaxşı keyfiyyətdə olan embrionların transferdən sonra daha sonraki istifadəsinə embrion dondurulması deyilir. Bu prosedur ilk dəfə 31 iyul 1996-cı ildə Türkiyədə bizim xəstəxana tərəfindən həyata keçirilmişdir. Bu üsulla ilk körpələr 1997-ci ildə dünyaya gəlmişdir.
  • İlk blastositin inkişaf etdirilməsi
    İlk körpə bu üsulla 1997-ci ildə dünyaya gəldi.
  • Blastomer Biopsiyası and implantasiya öncəsi genetik testlər və diaqnoz
    İlk blastomer biopsiyası və implantasiya öncəsi genetik diaqnoz və testlər bizim xəstəxana tərəfindən 1997-ci ildə həyata keçirilmişdir.
  • Qütbləşmiş Bədən Biopsiyası
    İlk Qütbləşmiş Bədən Biopsiyası Türkiyədə bizim xəstəxanada 2000-ci ildə həyata keçirilmişdir.
  • Blastosit səviyyəsində embrion dondurulması
    1998-ci ildə bizim xəstəxana ilk dəfə Türkiyədə blastosit səviyyəsində embrion dondurulması prosedurunu həyata keçirmişdir.
  • Endometrial ko-kultivasiya
    Bu metodun köməyi ilə ilk körpə 2004-cü ildə dünyaya gəldi. Bu da Memorial Xəstəxanasında baş verdi.
  • İKSİ metodu ilə bir menstrual dövrdə oosit əldə edilməsi
    Bu metodla Türkiyədə ilk hamiləlik Memorial Xəstəxanasında 1999-cu ildə əldə edilmişdir.
  • Yumurtalıq Toxumasının Dondurulması
    Bu prosedur ilk dəfə 2001-ci ildə Memorial Xəstəxanasında həyata keçirilmişdir.

Memorial Xəstəxanası Süni Mayalandırma və Genetika Mərkəzi

İlk HLA Tipləşdirilməsi və Genlərdə Nizamsızlığı təyin etmək üçün İmplantasiyaöncəsi Genetik Diaqnoz

  • İlk HLA Tipləşdirilməsi və Genlərdə Nizamsızlığı təyin etmək üçün İmplantasiyaöncəsi Genetik Diaqnoz Memorial Xəstəxanasında 2001-ci ildə həyata keçirilmişdir. 44 uşaq üzərində hemopoetik hüceyrə transplantasiyası və implantasiya öncəsi genetik testlər Memorial Xəstəxanasında həyata keçirilmişdir. İmplantasiyaöncəsi Diaqnostika metodunun köməyi ilə bir çox uşaq dünyaya gəlmədən öncə genetik xəstəliklərdən xilas olmuşdur.
  • İmplantasiyaöncəsi genetik diaqnoz və HLA tipləşdirməsi də ilk dəfə Memorial Xəstəxasında tətbiq edilmişdir. Dünyanın ilk uğurlu Kəskin Miyeloid Leykemiya implantasiyaöncəsi HLA tipləşdirməsi də ilk dəfə 2008-ci ildə Memorial Xəstəxanasında həyata keçirilmişdir. İstanbulda həyata keçirilən Sümük iliyi transplantasiyasından sonra xəstə uşaq tamamilə sağalmış və əvvəlki xəstəliyin hər hansı bir simptomları görülməmişdir. Bundan əlavə, dünyada ilk uğurlu Kəskin Limfoblastik Leykemiya HLA Tipləşdirməsi, Dünyanın ilk implantasiyaöncəsi genetik diaqnostikası və Glanzmann trombasteniyası üçün HLA tipləşdirməsi də Memorial Xəstəxanasında həyata keçirilmişdir.
  • İmplantasiyaöncəsi Genetik Test ilk dəfə Lafora xəstəliyinin təyin olunması üçün 2011-ci ildə Memorial Xəstəxanasında həyata keçirilmişdir. Bu testdən sonra dondurulmuş embriyonlar transfer edilmiş və ilk dəfə sağlam uşaq dünyaya gəlmişdir.
  • İlk İmplantasiyaöncəsi Bartter sindromu ilk dəfə bizim mərkəzdə reallaşdırılmışdır. 13 embriondan 3 sağlam embrion alınmış və bunun sonucu olaraq sağlam uşaq dünyaya gəlmiş.

Ən Çox Verilən Suallar

Sual: Bir çox Süni Mayalandırma Klinikası mövcuddur. Memorial Süni Mayalandırma Mərkəzini fərqli edən nədir?

Cavab: Memorial Süni Mayalandırma və Genetika Mərkəzi Türkiyədə ən böyük belə mərkəzdir və sonsuzluğun müalicəsində 2000-ci ildən etibarən fəaliyyət göstərməktədir. Bu klinikada hər il 3000-ə yaxın cütlük müalicəyə qəbul olunur. Müalicə prosesi dönəmində bizim xəstələr, həkimlər tərəfindən ən irəli texnologiyalarla müalicə alırlar. Memorial Süni Mayalandırma Mərkəzinin mütəxəssislərinin reproduktiv endokrinologiya və sonsuzluğun müalicəsi sahəsində böyük təcrübələri var.

Sual: Memorial Xəstəxanasında süni mayalandırmanın uğur dərəcəsi nə qədərdir?

Cavab: Süni mayalandırmanın uğur səviyyəsi bir çox faktordan asılıdır. Bu faktorlar arasında qadının yaşı və süni mayalandırma zamanı əvvəlki uğursuzluqları da nəzərə almaq lazımdır. Memorial Xəstəxanasında, ən produktiv yaş kateqoriyasında hamiləlik faizi 65%-dir. 40 yaşından yuxarı olanlarda, dünyanın hər yerində olduğu kimi, uğur faizi 15-20%. 43 yaşından yuxarı olan qadınlarda hamiləlik faizi 3-5%.

Sual: Müalicədən öncə klinikaya getməyə ehtiyac varmı? Varsa nə zaman getməliyik?

Cavab: Cütlüklərin mümkün olduğu qədər daha erkən tam muayinə üçün klinikaya gəlmələri tövsiyyə olunur. Əgər cütlük müalicəyə Tükiyəyə birinci səfərləri zamanı başlamaq istəkləri varsa, qadın birinci və ya ikinci menstrual gün içində gərəkli prosedurlara başlamalıdır. Sperma analizi üçün kişilərin analizindən öncə cinsi əlaqədən imtina etmələri tövsiyyə olunur.

Sual: Türkiyədə neçə gün keçirmək lazımdır?

Cavab: Tam bir müalicə dönəmi 16 gündən 17 günə kimidir. Yumurtalığın hiperstimulyasiyası menstrual dönəmin ikinci və ya üçüncü günündə başlayır. Ümumiyyətlə 7 gündən 10 günə kimi protokolun uzunluğundan asılı olaraq dəyişə bilər. Bundan sonra xəstələrə HcG dərmanı verilir ki, bu dərman da oositlərin püxtələşməsi üçün istifadə olunur və 36 saat sonra yumurtalıqların alınması prosesinə  başlanılır. Bu prosedurdan 5 gün sonra embrionların transferi proseduruna başlanılır. Transfer gününün təyin edilməsi embrionların keyfiyyəti və kəmiyyətindən asılıdır.

Sual: Süni mayalandırmanın birinci günü hansıdır?

Cavab: Birinci gün ağır qanaxmaların olduğu menstrual dönəmin ilk günü olaraq qeydə alınır.

Sual: Həkimlə muayinəyə hansı sənədləri gətirməliyəm? Süni mayalandırma prosedurundan öncə hansı testlər həyata keçirilir?

Cavab: Müalicənin ilk mərhələsi hər kişinin və qadının tam yoxlanması ilə başlayır.

Sual: Həkimlə ilk muayinədən sonra hansı yoxlamara ehtiyac olur?

Cavab: Kariotipləşdirmə: Kişilərdə kəskin sonsuzluq olduğu zaman, təkrarlanan uğursuz hamiləlik və ya təkrarlanan Süni Mayalandırma olduğu zaman, həm kişilərin və həm də qadınların kariotipləri xromosomların anormallığının müalicəsi zamanı istifadə oluna bilər.

Histerosalpinqoqrafiya (HSG): HSG, kiçik çanaq orqanlarının infeksiyası, abdominal cərrahiyyə, endometrioz və ya anabiriçi adheziya olduğu təqdirdə analıq yolundaki problemləri təyin etmək üçün istifadə oluna bilər. 

Histeroskopiya: Bu prosedur anabir boşluğu problemlərinin təyini üçün istifadə olunur.

Laparoskopiya: Analıq borusu zədələndiyi zaman və ya kəskin endometrit zamanı laparoskopiya istifadə oluna bilər. Laparoskopiya metodu, həm diaqnostika və həm də müalicə üçün istifadə oluna bilər.

Sual: Qan nümunəsini xaricdən göndərmək olarmı? Mümkünsə bu necə ola bilər?

Cavab: Qan nümunəsini, DNA, sperma və ya embrionik toxumaları analiz üçün xaricdən göndərmək olar. Bu məsələlərlə bağlı bizim genetik laboratoriya ilə əlaqədə ola bilərsiniz.

Sual: İki süni mayalandırma müalicəsi arası zaman intervalı nə qədər olmalı?

Cavab: Müalicə zamanı istifadə olunan dərmanlar yumurtalıqları genişləndirir və oositlər bu yolla alınır. Birinci süni mayalandırma sürəsi bitdikdən iki ay sonra yeni müalicə dönəminə başlamaq olar.

Sual: Bu prosedurlar zamanı diş həkiminə getmək, saçı rəngləmək və ya suda üzmək olarmı?

Cavab: Bəli. Bu fəaliyyətlərin hər hansı birinin zərərli ola biləcəyi hakkında heç bir dəlil yoxdur. Müalicə sürəsində siz normal həyatınıza davam etməlisiniz. Vacib olan müalicə və hamiləlik dönəmində rahat olmanızdır.

Şöbə həkimləri

Müqavilə bağlanılmış müəssisələr

Below you can find private insurance companies, supplementary insurances, other institutions and company agreements with which our hospitals have agreements.

Heç bir nəticə yoxdur.

    Əlaqə Forması

    Aşağıdakı əlaqə formasını doldurmaqla xəstəxanamız haqqında məlumat tələb edə bilərsiniz.

    * Bu xana doldurulmalıdır.
    Sosial media hesabları
    Canlı dəstək Asan randevu al