Şöbə haqqında
Memorial Xəstəxanasında yeni doğulan körpələrdən tutmuş ən yuxarı yaşlardakı böyüklərə qədər hər cür ürək xəstəsinə diaqnoz və müalicə imkanı təmin edilmişdir.
- Döş Ağrısı Mərkəzi
- Elektro-fiziologiya və Ablasiya Laboratoriyası
- Uşaq Kardiologiyası və Embrion Kardioloji Mərkəzi
- Enhanced External Counter - Pulsation və ya E.E.C.P. metodologiyası - Ürək xəstəlikləri üçün yeni bir müalicə:
- E.E.C.P. Müalicəsi kimlərə tətbiq edilir?
- E.E.C.P. Necə işləyir?
- E.E.C.P. Müalicəsi necə tətbiq edilir?
- E.E.C.P. Müalicəsi kimlər üçün təhlükəlidir?
- E. E. C.P. Müalicəsi ərzində başqa nələr yerinə yetirilməlidir?
- E.E.C.P. Müalicəsi daha əvvəl yoxlanmış mı?
İndiyə qədər on minlərcə ürək xəstəsini diaqnoz və müalicə edən bu briqada, xəstəxanamızdakı Ürək Tutması Mərkəzində 21-ci əsrin üstün texnologiyası ilə təchiz edilmiş angioqrafiya otaqları, əməliyyatxanalar və intensiv terapiya palatalarında məlumat və təcrübələrini xəstələrimizin xidmətinə təqdim edəcəklər.
Döş Ağrısı Mərkəzi
24 saat xidmət verən Döş Ağrısı Mərkəzində hər an ürək angioqrafiyasından koronar by-pass əməliyyatına qədər, hər cür müdaxilə həyata keçirilir. Beləliklə miokard infarktı əmələ gəlmədən, ürək tutmalarının müalicə edilə biləcəyi bir sistem inkişaf etdirilmişdir.
Döş Ağrısı Mərkəzi'nə bağlı təcili yardım maşını, xəstənin yerləşdiyi yerə çatacaq, ürək tutması diaqnozu və müalicəsinin orada başlamasını təmin edəcəkdir.
Elektro-fiziologiya və Ablasiya Laboratoriyası
Kardiologiya departamentimizin nəzdnində yer alan elektro-fiziologiya və ablasiya laboratoriyamız ürək ritm nizamsızlıqlarının müalicəsi üçün ən son texnologiya və ən təcrübəli kadrlar ilə xidmətə hazır haldadır.
Uşaq Kardiologiyası və Embrion Kardioloji Mərkəzi
Digər tərəfdən, uşaq ürək xəstəlikləri sahəsində Memorial Xəstəxanası ayrı bir yerə malikdir. Hamiləlik ərzində ürək xəstəliyi üçün diaqnozun qoyulduğu "Embrion Kardioloji Mərkəzi" və yeni doğulan körpələrdə belə ən qarmaşıq və ən riskli ürək əməliyyatlarının dünyanın ən qabaqcıl mərkəzlərindəki standartları ilə yerinə yetirilə bildiyi, bir “Uşaq Kardiologiyası” və “Ürək Cərrahisi” departamenti xəstəxanamızda vəzifəsini yerinə yetirməkdədir.
Enhanced External Counter - Pulsation
Ürəyi bəsləyən arterial damarların (koronar arterlər) daralması və tıxanması nəticəsində ortaya çıxan ürək xəstəliklərinin müalicəsində yeni bir müalicə şəkli artıq Türkiyədə Memorial Xəstəxanasında yerinə yetirilməkdədir. Koronar ürək xəstəliklərinin müalicəsində 1979-cü ildən bu yana by-pass cərrahisi və angioplastiyadan sonra ilk dəfə yeni bir müalicə metodu tətbiq sahəsinə daxil edilmişdir.
E.E.C.P. (Enhanced External Counter - Pulsation) adı verilən bu metod, son dərəcə bəsit və xəstəyə heç bir zərəri və ya yan təsiri olmayan bir metoddur. Bu metodun sayəsində hər hansı bir cərrahi əməliyyat və ya angioqrafiya tələb olunmadan müalicə imkanı təmin təmin edilməkdədir.
E.E.C.P. Müalicəsi kimlərə tətbiq edilir?
E.E.C.P müalicəsi yeni bir müalicə metodudur, ancaq by-pass əməliyyatı və ya balon angioplastiya müalicəsinin yerini alan bir müalicə deyildir. Bu müalicə metodu, ürək damarlarında (koronar arterlər) daralma və ya tıxanma olan və eyni zamanda;
By-pass əməliyyatı və ya balon angioplastiya metodu ilə damarlarının açılması texniki olaraq mümkün olmayanlar (damar strukturunun çox incə və duzlanmış olması və ya damar darlığının, çatması çətin bir nöqtədə olması səbəbi ilə).
By-pass əməliyyatı olunmalı, ancaq irəli yaş, yetərsiz ağ ciyər və ya böyrək qabiliyyəti səbəbi ilə açıq ürək əməliyyatına dözə bilməyəcək xəstələr.
Daha əvvəldən by-pass əməliyyatı olmuş və indi də by-pass damarlarının daralması səbəbi ilə ikinci dəfə by-pass əməliyyatı olması düşünülən xəstələrdə yeni bir variant olaraq.
E.E.C.P. Necə işləyir?
Qıçlara və omba ətrafına sarılan hava torbalarının ürəklə uyğun bir şəkildə (ürək nəbz vurma prosesini yerinə yetirərkən sönüb, ürək nəbzi zəifləmə perioduna keçincə şişirilən) çalışması nəticəsində qan ayaqlardan ürəyə doğru daha sürətli və daha yüksək miqdarda vurulur. Artmış miqdarda və sürətlə ürəyin damarlarına gələn qanın itələyici gücü sayəsində daralmış qan damarının bəslədiyi zonaya digər zonalardan bol miqdarda kapillyar damar əmələ gəlməsi təmin edilir. Beləliklə ürək əzələlərinin qansız qalan zonası daha yaxşı qanlanır. Bunun nəticəsində, xəstədəki döş ağrılarında azalma və ya tamamən aradan qaldırılma və hərəkət gücündə bir artış təmin edilir. Bu faydalar qalıcıdır və uzun illər davam edir.
E.E.C.P. Müalicəsi necə tətbiq edilir?
Bu prosedura üçün heç bir qabaq hazırlıq tələb olunmur və proses ərzində heç bir ağrı yoxdur. Heç bir şəkildə iynə (inyeksiya) və ya prosedura üçün xüsusi dərman işlədilmir. Prosedura ərzində xəstə masada bel üstü yatırılır və bu sırada qıçlarına və omba ətrafına hava torbaları bağlanır. Ürək elektro-diaqramının köməyi ilə E.E.C.P cihazının xəstənin ürək atışları ilə vaxt sinxronu təmin edilir və cihazın içindəki kompyuter köməyi ilə hava torbaları ürəklə uyğun bir şəkildə şişirilib söndürülməyə başlanır.
Müalicə seansı ərzində xəstələr heç bir rahatsızlıq hiss etməzlər, bu sırada qəzet oxuya bilərlər, televiziyaya baxa bilərlər və ya qulaqlıq ilə musiqi dinləyə bilərlər. Bir seanslıq E.E.C.P müalicəsi prosedurası bir saat çəkir və bütün müalicə müddəti üçün 35 seans tələb olunur (Şənbə və Bazar günlərindən başqa həftə içi günlərdə yerinə yetirilir). Prosedura bitdikdən sonra xəstə işinə və ya evinə qayıda bilər və günlük normal həyatına başlaya bilər.
E.E.C.P. Müalicəsi kimlər üçün təhlükəlidir?
- Son üç ay ərzində by-pass əməliyyatı və ya ürək tutması keçirmiş xəstələr.
- Qıçdakı qan damarlarında laxta olan xəstələr.
- Qıçlarında düzəlməyən yarası olanlar.
- Ürəyin aorta qapağında ciddi şəkildə sızma olan xəstələr (aorta kifayətsizliyi)
E. E. C.P. Müalicəsi ərzində başqa nələr yerinə yetirilməlidir?
Ürək xəstələri E.E.C.P müalicəsi ərzində ürək doktorunun yaxın nəzarəti və müalicə planı altında olmalıdırlar. Ürək dərmanlarına son dərəcə müntəzəm olaraq davam etməlidirlər. Müalicədən fayda görmə ümumiyyətlə 15 - 20 seansdan sonra hiss edilə bilər. Xəstələr müalicə prosesi ərzində günlük fəaliyyətlərinə davam etməlidirlər. Digər ümumi ürək sağlamlığı tətbiqlərinə (pəhriz, siqaretdən qaçınma, xolesterin və təzyiqin tam kontrolu) bağlı qalmalıdırlar. Beləliklə müalicənin müvəffəqiyyət şansı artırılır və uzun illər qalıcı olması təmin edilir.
E.E.C.P. Müalicəsi daha əvvəl yoxlanmış mı?
E.E.C.P. müalicəsinin təsirli və etibarlı olduğu Amerika Birləşmiş Ştatlarında yerinə yetirilən kontrollu klinik çalışmalarda çox sayda ürək xəstəsi üzərində tətbiq edilərək sübut edilmişdir.
Kardioloji briqadasından Prof.Dr.Günsel ŞURDUM AVCI, E.E.C.P. müalicəsi bölməsindən məsuldur.
Səlahiyyət (JCI) – Türkiyənin JCİ Serfitikatına laiq görülmüş ilk xəstəxanası.
Kardiologiya Müalicələr
Şöbə həkimləri
Xəstəxanalar
Müqavilə bağlanılmış müəssisələr
Below you can find private insurance companies, supplementary insurances, other institutions and company agreements with which our hospitals have agreements.
Heç bir nəticə yoxdur.
Aşağıdakı əlaqə formasını doldurmaqla xəstəxanamız haqqında məlumat tələb edə bilərsiniz.